Cənubi Koreyada “Maysak” qasırğası 64 min evi elektriksiz qoyub

Cənubi Koreyada “Maysak” qasırğası  64 min evi elektriksiz qoyub
# 03 sentyabr 2020 06:28 (UTC +04:00)

Koreya Respublikasının cənub-şərq sahillərindən irəliləyən “Maysak” qasırğası səbəbindən ən az 64 min ev elektriksiz qalıb.

APA “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Meteorologiya Administrasiyası məlumat yayıb.

Bildirilib ki, “Maysak” ölkə tarixində müşahidə edilən sürətinə görə ən yüksək 7-ci qasırğadır.

Cənub Jeju adasının ərazisində küləyin sürəti 49 m/s-yə çatıb. Dağlıq bölgələrə 1000 mm yağıntı düşüb. Çox sayda xəsarət alan var, əhaliyə maddi ziyan dəyib.

Ölkənin cənub-şərqindəki Busan şəhərində əsas magistral və köməkçi yollarda hərəkət dayandırılıb.

Koreya Dəmir Yolları Korporasiyası (KORAIL) ehtiyat tədbiri olaraq çərşənbə günü təxminən 40 reysi ləğv edib. Ölkənin cənub bölgələrində çərşənbə axşamından etibarən fırtına xəbərdarlığı edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR