"Coronovac" peyvəndi xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır

"Coronovac" peyvəndi xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır
  • Clock-gray 13:28
  • calendar-gray 03 Mart 2021

"Sinovac" şirkətinin istehsalı olan "Coronovac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.

APA NTV-ə istinadən xəbər verir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "Coronovac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır. 

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub. Lokal təsirlərdən isə ən çox rast gəlinəni vaksin vurulan yerdə ağrıların olmasıdır.

Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesinə yanvarın 14-də başlanılıb.

Azərbaycanda isə vaksinasiya yanvarın 18-dən aparılır. Azərbaycanda da COVID-19-a qarşı "Coronovac" peyvəndi tətbiq edilir. 

Əsmər Qabil

Digər xəbərlər