Cozep Borrell Tripolidə Liviyanın Baş naziri Faiz Səracla görüşüb

Cozep Borrell Tripolidə Liviyanın Baş naziri Faiz Səracla görüşüb
# 01 sentyabr 2020 17:41 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Liviya Milli Razılıq Hökumətinin rəhbəri, Liviyanın Baş naziri Faiz Səracla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Cozep Borrell "Twitter" hesabında yazıb.

"Tripolidə Səracla və hökumət kabinetinin üzvləri ilə görüşdüm. Liviya Aİ üçün əsas prioritet olaraq qalır. Son atəşkəs anlaşmasını alqışlayırıq və dialoqa, münaqişənin siyasi həllinə dəstək verməyə davam edirik", - deyə o bildirib.

C. Borrell əlavə edib ki, görüşdə siyasi prosesi inkişaf etdirmək, "5+5" formatında hərbi komitə danışıqlarının bərpası və neft blokadasının qaldırılması yolları müzakirə olunub.

"Aİ Liviyada münaqişənin sona çatması üçün əsas amillər olan silah embarqosu da daxil olmaqla, Berlin prosesi, vasitəçilik səyləri və de-eskalasiya tədbirlərini qətiyyətlə dəstəkləyir", - deyə Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR