“Diamond Princess” gəmisində kovonavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

“Diamond Princess” gəmisində kovonavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
# 20 fevral 2020 08:55 (UTC +04:00)

Yokohama limanında karantində olan “Diamond Princess” kruiz gəmisinin iki sərnişini koronavirusdan (COVID-2019) dünyasını dəyişib.

APA-nın "Rossiya 24" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya mediası məlumat yayıb.

Qeyd olunub ki, ölənlərdən biri 80 yaşdan yuxarı olan qadındır. Hələlik onların hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilməyib.

Qeyd edək ki, “Diamond Princess” kruiz gəmisində 50 ölkədən 4 min sərnişin var. 621 nəfərin koronavirusa yoluxduğu gəmi fevralın əvvəlində karantinə alınıb. Fevralın 19-da 500 nəfər sağlam turistə gəmini tərk etməyə icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR