Dəməşqdə partlayış zamanı bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Dəməşqdə partlayış zamanı bir nəfər ölüb, yeddi nəfər yaralanıb
# 31 mart 2021 05:06 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşqin şimalında partlayış baş verib. Qumbara bir kişinin əlində partlayıb. Nəticədə həmin şəxs ölüb, daha yeddi nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Rukn əd-Din bölgəsində küçədə olan Qusay İsanın əlində qumbara partlayıb”, - deyə DİN-in “Facebook” səhifəsində qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır, yaralananlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR