Dövlət Baxçalı: “HDP-nin qapadılmasını istəyirik”

Dövlət Baxçalı: “HDP-nin qapadılmasını istəyirik”
# 24 dekabr 2020 17:22 (UTC +04:00)

“Biz Xalqların Demokratik Partiyasının (HDP) qapadılmasını istəyirik. Bu qərarımızın arxasındayıq. Maliyyə yardımlarının terror təşkilatlarına getməsini, PKK-çıların Türkiyə parlamentində olmasını istəmirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) iclasında partiyanın sədri Dövlət Baxçalı deyib.

MHP sədri bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) HDP-nin sabiq sədri Səlahəddin Demirtaşın həbsdən azad edilməsi ilə bağlı qərarını Türkiyə tanımır.

“Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqsızdır. Türkiyə məhkəmələrinə həqarəti rədd edirik. AİHM bu məsələyə ikili standartlarla yanaşıb”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR