Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək

Dubayda ticarət mərkəzləri fəaliyyətini bu gündən bərpa edəcək
# 03 iyun 2020 11:17 (UTC +04:00)

Dubayda ticarət mərkəzlərinin və özəl bizneslərin fəaliyyəti çərşənbə günündən etibarən tam bərpa olunacaq.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, may ayında dezinfeksiya edilmiş bəzi pərakəndə və topdan satış müəssisələri, o cümlədən kinoteatrlar, idman salonları, buz meydançaları və qapalı xizək yamacları artıq fəaliyyətə başlayıb.

Pandemiyadan əvvəl 83 ölkə üzrə 157 istiqamətə uçuşun təşkil edildiyi Dubay Əmirliyində təyyarə reysləri də məhdudlaşdırılmışdı.

Əmirliyin müvəqqəti prezidenti Tim Klark bütün istiqamətlər üzrə uçuşların bərpası üçün 4 il vaxt tələb oluna biləcəyini istisna etməyib.

“Bank of America”nın araşdırmasına görə, Dubay iqtisadiyyatı 2020-ci ildə 5.5% ətrafında tənəzzül edə bilər. Mövcud rəqəmlərin 2009-cu il böhranı nümunəsinə uyğun gəldiyindən bu qənaətə gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR