Ekzit-Poll: Knessetə seçkilərdə Netanyahunun partiyası liderlik edir

Ekzit-Poll: Knessetə seçkilərdə Netanyahunun partiyası liderlik edir
# 24 mart 2021 00:35 (UTC +04:00)

İsraidə knessetə keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu “Likud” Partiyası 31 mandatla liderlik edir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, "KAN" telekanalının keçirdiyi “Ekzit-poll”un nəticələrinə uyğun olaraq bu qənaətə gəlinib.

Bildirilib ki, "Yesh Atid" Partiyası 18 mandatla ikinci, ultra-dini "ŞAS" Partiyası isə 9 mandata üçüncü yerdədir.

"Channel 12" telekanalının keçirdiyi "Ekzit poll"un nəticələri də qeyd edilən rəqəmlərlə oxşar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR