Filippində "Vamko" qasırğası qurbanlarının sayı 67-yə yüksəlib

Filippində "Vamko" qasırğası qurbanlarının sayı 67-yə yüksəlib
# 15 noyabr 2020 11:32 (UTC +04:00)

Filippində baş verən "Vamko" qasırğası qurbanlarının sayı 67-yə yüksəlib.

APA bildirir ki, bu barədə Rappler portalı məlumat yayıb.

Ölkənin Fəlakət Risklərinin Azaldılması üzrə Milli Şuranın açıqlamasında qeyd olunur ki, təbii fəlakət nəticəsində 21 nəfər xəsarət alıb, 12 nəfər isə itkin düşüb.

Şura qasırğanın 25 mindən çox evə ziyan vurduğunu və kənd təsərrüfatına təxminən 25 milyon dollar zərər dəydiyi təxmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR