Filippində qasırğa ilə əlaqədar 200 000 nəfər təxliyə olunub

Filippində qasırğa ilə əlaqədar 200 000 nəfər təxliyə olunub
  • Clock-gray 12:13
  • calendar-gray 03 Dekabr 2019

Filippində “Kammuri” qasırğası səbəbindən 200 000 nəfər təxliyə olunub.

APA-nın “Aljazeera” kanalına istinadən verdiyi məlumata görə, Filippin hökuməti şiddətli küləklərin yaratdığı güclü sel və torpaq sürüşməsi təhlükəsi ilə üzləşən iki yüz min vətəndaşı dağlıq və sahilyanı ərazilərdən köçürüb.

Ölkənin əsas beynəlxalq aeroportu bağlanıb.

Qasırğanın təsirinin növbəti həftə paytaxt Manilada da hiss ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Kammuri” bu il Filippində qeydə alınan 20-ci güclü qasırğadır. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date