Filippində tayfun qurbanlarının sayı 47-yə çatıb

Filippində tayfun qurbanlarının sayı 47-yə çatıb
# 30 dekabr 2019 08:32 (UTC +04:00)

Filippində "Fanfon" tayfunu nəticəsində 47 nəfər ölüb, 9 nəfər itkin düşüb.

APA Sinxua agentliyinə istinadən xəbər verir ki, əsasən ölkənin Mimarop, Qərbi Visayi, Şərqi Visayi, Mərkəzi Visayi, Bikol və Karaqa bölgələri ziyan görüb.

Burada yaşayan 1,6 milyondan çox insana maddi ziyan dəyib. Təbii fəlakət nəticəsində 260 mindən çox ev və 90-a yaxın dövlət qurumu yararsız hala düşüb.

Qeyd edək ki, dənizdə başlanan tayfun dekabrın 24-dən sahilə çıxaraq yaşayış massivlərinə doğru irəliləyib. Son məlumatlara görə, küləyin sürəti təqribən 33 m/s təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR