Fəxrəddin Qoca: “Türkiyədə 216 səhiyyə işçisi COVID-19-a görə şəhid olub”

Fəxrəddin Qoca: “Türkiyədə 216 səhiyyə işçisi COVID-19-a görə şəhid olub”
  • Clock-gray 01:10
  • calendar-gray 10 Dekabr 2020

Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası yayıldıqdan indiyədək 216 səhiyyə işçisi bu infeksiyadan həyatını itirib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib. 

Nazir dünyasını dəyişən 216  tibb işçisini şəhid hesab etdiyini bildirib: “Onların hamısı vəzifələrini icra edərkən şəhid oldular”.

F.Qoca COVID-19 infeksiyasına yoluxan səhiyyə işçisinin sayının 1200-ü keçdiyini də qeyd edib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər