Fəxrəddin Qoca: “Türkiyədə koronavirusla mübarizə üçün yeni Cəmiyyət Elmləri Qurumu yaradılıb”

Fəxrəddin Qoca: “Türkiyədə koronavirusla mübarizə üçün yeni Cəmiyyət Elmləri Qurumu yaradılıb”
# 07 aprel 2020 20:47 (UTC +04:00)

“31 böyük şəhərimizə gediş-gəliş bəzi zəruri şərtlər daxilində məhdudlaşdırılıb. Artıq Türkiyədə hər birimiz üçün həyati təhlükə yaranıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə yeni növ karonavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, Türkiyədə özünütəcrid qaydalarına artıq hər kəsin əməl etməsi zərurəti yaranıb və cəmiyyətin bu bəladan qurtulması üçün hansı tədbirləri görəcəyi ilə əlaqədar dünyada bir ilk olan Cəmiyyət Elmləri Qurumu yaradılıb. Bu qurum yaxın günlərdə ilk toplantısını edib, əhaliyə məlumat verəcək.

Nazir bildirib ki, test edilənlərin sayı gələn həftədən günlük 30 mini ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR