Fəxrəddin Qoca: “Türkiyədə yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq”

Fəxrəddin Qoca: “Türkiyədə yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq”
# 09 dekabr 2020 23:06 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib.

Nazir deyib ki, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyətindən əlavə, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi də qüvvədə olduğu üçün ümumilikdə 4 gün küçəyə çıxmaq müddəti Elm Qurumunun tövsiyələrinə uyğun olaraq müəyyənləşib: “Bu müddətin artıb-azalacağı ilə bağlı qərar infeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək. Amma il sonunda küçəyə çıxmaq məhdudiyyəti mütləq tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR