Fəxrəddin Qoca: “Xaricdən gələn vətəndaşlarımız və turistlər üçün test mərkəzləri fəaliyyətə başlayacaq”

Fəxrəddin Qoca: “Xaricdən gələn vətəndaşlarımız və turistlər üçün test mərkəzləri fəaliyyətə başlayacaq”
  • Clock-gray 03:10
  • calendar-gray 25 İyun 2020

“Türkiyədə  Antalya,  Dalaman, İzmir, Bodrum, Trabzon, 2 mərkəz də İstanbulda olmaqla 7 test mərkəzi açılacaq”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib. 

F.Qoca deyib ki, Türkiyənin mədəniyyət və turizm, xarici işlər, nəqliyyat və infrastruktur nazirləri ilə dünənki birgə görüşündən sonra belə qərar gəlinib ki, 7 turizm bölgəsində test mərkəzləri fəaliyyət göstərsin: “Bu həm xaricdən gələn Türkiyə vətəndaşlarının, həm də turistlərin müayinə və müalicəsini asanlaşdıracaq”. 

Nazir sərhəd keçid məntəqələrinin yaxınlığında da test mərkəzlərinin xidmət göstərəcəyini qeyd edib: “Bundan əlavə Türkiyədə 135 mərkəzdə də bu xidmət göstərilməkdədir”.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər