Göyərtəsində 180 sərnişin olan Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb, sağ qalan yoxdur - YENİLƏNİB

Göyərtəsində 180 sərnişin olan Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb, sağ qalan yoxdur - YENİLƏNİB
  • Clock-gray 08:52
  • calendar-gray 08 Yanvar 2020

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

***

Saat 08:37

Göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb.

apa-logo-mini

Digər xəbərlər