Hindistan koronavirusa yoluxma sayına görə İtaliya və İspaniyanı ötüb

Hindistan koronavirusa yoluxma sayına görə İtaliya və İspaniyanı ötüb
  • Clock-gray 10:40
  • calendar-gray 10 İyun 2020

Hindistan yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayına görə İtaliya və İspaniyanı qabaqlayaraq dünyada beşinci yerə yüksəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, Hindistanda son sutka ərzində koronavirusa 9,9 min yoluxma halı qeydə alınıb, bununla da ölkədə virusa yoluxanların sayı 276 583 nəfərə çatıb.

Son sutka ərzində xəstəlikdən 279 nəfər həyatını itirib. Hindistanda koronavirusdan ölənlərin sayı 7745 nəfərdir.

Hazırda 133 632 nəfərin müalicəsi davam edir, koronavirusdan 135 205 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər