Hindistan və Çin əsgərləri arasında toqquşma olub

Hindistan və Çin əsgərləri arasında toqquşma olub
# 25 yanvar 2021 10:53 (UTC +04:00)

Hindistan və Çin əsgərləri arasında toqquşma olub.

APA-nın “Times of India”ya istinadən verdiyi xəbərə görə, toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.

Bildirilib ki, ölkə ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı Hindistan hərbçiləri tərəfindən alınıb.

Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.

Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR