Hindistan və Çin sərhəddəki zirehli texnikaları geri çəkməyə başlayıb

Hindistan və Çin sərhəddəki zirehli texnikaları geri çəkməyə başlayıb
  • Clock-gray 11:26
  • calendar-gray 11 Fevral 2021

Hindistan və Çin Ladax sərhədi boyunca təhlükəli mövqelərdə yerləşdirdikləri zirehli texnikaları geri çəkməyə başlayıb.

APA-nın "India Times"ə istinadən verdiyi xəbərə görə, hər iki ölkə Panqonq Tso bölgəsindən tankları və zirehli bölmələrini geri çəkməyə başlayıb.  

Bildirilib ki, korpus komandirlərinin sonuncu dəfə yanvarın 24-də görüşdükləri zaman əldə etdikləri konsensusa uyğun olaraq sinxronlaşdırılmış və mütəşəkkil şəkildə geri çəkilmə həyata keçirilir.

Panqonq gölünün cənub sahilində yerləşən Çuşulda və digər ərazilərdə yeni yaradılan cəbhə postlarına göndərilən sərhəd qoşunları geri çəkilməyib. Üç mərhələli planının bir hissəsi olaraq zirehli bölmələr geri çəkilir. Bu, iki ölkə arasında ötən ilin may ayından alovlanan gərginliyi azaltmaq üçün vacib addım hesab olunur.

Təhlükəsizlik xidmətində olan mənbələr bildirir ki, qarşılıqlı razılaşma əsasında mərhələli geri çəkilmə olacaq. Zirehli bölmələr geri çəkiləcək, lakin sərhəd qoşunları olduqları yerdə qalacaqlar. 

Zümrüd Paşkin

Digər xəbərlər