Hindistanda təyyarə qəzasında ölənlərin sayı 20 nəfərə çatıb, 140 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Hindistanda təyyarə qəzasında ölənlərin sayı 20 nəfərə çatıb, 140 nəfər xəsarət alıb - YENİLƏNİB-1
# 08 avqust 2020 01:10 (UTC +04:00)

Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

***

23:11

Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.

APA “ANI” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.

“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

***

19:55

Hindistanın "Air India Express" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın "Economic Times" saytına istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub.
Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.
Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələ məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR