Hindistanda Mao qruplaşması ilə döyüşlərdə 22 hərbçi ölüb, 31-i yaralanıb

Hindistanda Mao qruplaşması ilə döyüşlərdə 22 hərbçi ölüb, 31-i yaralanıb
# 04 aprel 2021 13:58 (UTC +04:00)

Aprelin 3-də Hindistanın Çxattisqarx ştatında Mao silahlı qruplaşması ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin ən azı 22 əməkdaşı həlak olub, 31 əməkdaşı yaralanıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlərdə Hindistan ordusunun 2 mindən çox xüsusi təyinatlısı iştirak edib.

Mao silahlılarının da çoxsaylı itki verdiyi bildirilir.

Qeyd edək ki, Hindistanda 1960-cı illərdən fəaliyyət göstərən Mao qruplaşması marksizm və leninizm ideyalarını təbliğ edir, hazırda Hindistanın 28 ştatından 14-də aktivdirlər. Dehli Mao qruplaşmasını daxili təhlükəsizliyə başlıca təhdidlərdən biri sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR