Hindistanda avtobus qəzaya uğrayıb, 47 nəfər ölüb - FOTO

Hindistanda avtobus qəzaya uğrayıb, 47 nəfər ölüb - FOTO
# 16 fevral 2021 22:12 (UTC +04:00)

Hindistanın Madhya-Pradeş ştatında baş vermiş ağır yol qəzası zamanı azı 47 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Indian Express” portalı məlumat yayıb.

Bölgənin baş naziri Şivrac Sinqh Çuxanın verdiyi məlumata görə, səhər saatlarında Sidhi bölgəsində sərnişin avtobusu su kanala düşərək batıb. Məlumata görə, avtobusda 54 nəfər olub, onlardan yeddisi xilas edilib. Digərlərinin itkin düşdüyü bildirilir.

Axtarış və xilasetmə əməliyyatına çərşənbə günü yenidən başlanılacaq.

Qəza ilə əlaqədar ştat rəhbərliyi Hindistanın daxili işlər naziri Amit Şahın iştirakı ilə planlaşdırılan mərasimi təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR