Hindistanda avtobus yük maşını ilə toqquşub, 13 ölü, 30-dan çox yaralı var

Hindistanda avtobus yük maşını ilə toqquşub, 13 ölü, 30-dan çox yaralı var
# 13 fevral 2020 08:56 (UTC +04:00)

Hindistanda Aqra-Lakxnau sürət avtomagistralında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.

“Azı 31 yaralı xəstəxanalara yerləşdirilib. 13 nəfər isə ölüb”, - bunu “Saifai Mini PGI” təcili təxirəsalınmaz stansiyasının əməkdaşı doktor Vişva Dipak deyib.

Bildirilir ki, ikimərtəbəli özəl avtobus gecə saatlarında magistral yolda dayanmış yük maşınına çırpılıb. Avtobusun sürücüsü yük maşınına diqqət yetirməyib və avtobusu ona çırpıb. Avtobusda həmin vaxt 40-45 sərnişinin olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR