Hindistanda buz sürüşməsi nəticəsində ölənlərin sayı artır - YENİLƏNİB-3 - VİDEO

Hindistanda buz sürüşməsi nəticəsində ölənlərin sayı artır - YENİLƏNİB-3 - VİDEO
# 07 fevral 2021 19:09 (UTC +04:00)

Hindistanda axtarış və xilasetmə əməliyyatının iştirakçıları buz sürüşməsi nəticəsində həlak olanların yeddisinin meyitini tapıblar.

APA “RİA Novosti”yə istinadən bildirir ki, bunu Hindistanın Trievendra ştatının Baş naziri Sinqh Ravat mətbuat konfransında deyib.

Baş nazir 125 nəfər hələ də axtarıldığını bildirib.

Hadisə ilə bağlı videonu təqdim edirik:

Saat 14:33

Hindistanda axtarış və xilasetmə əməliyyatının iştirakçıları buz sürüşməsi nəticəsində həlak olanların üçünün meyitini tapıblar.

APA bildirir ki, bu barədə “The Times of India” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, cəsədlər buz sürüşməsi nəticəsində zərbə alan bir enerji şirkətinin qalıqları altından tapılıb.

Bildirilir ki, artıq daşqın təhlükəsi yoxdur. Hazırda daşan çayda suyun səviyyəsi standartı təxminən bir metr üstələyir.

Qeyd edək ki, təbi fəlakət nəticəsində 150 nəfərin itkin düşdüyü bildirilir.

Saat 12:29

Hindistanda təbii fəlakət nəticəsində təxminən 150 nəfər itkin düşüb.

APA bildirir ki, bu barədə “RİA Novosti”xəbər verir.

Hadisənin çayın daşmasına görə buz sürüşməsi nəticəsində baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR