Hindistanda dəfn mərasimi zamanı 18 nəfər ölüb

Hindistanda dəfn mərasimi zamanı 18 nəfər ölüb
# 04 yanvar 2021 06:17 (UTC +04:00)

Hindistanın Uttar-Pradeş ştatının Muradnaqar şəhərində dəfn mərasimində iştirak edən 18 nəfər krematoriumun damının çökməsi nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Dağıntılar altında onlarla insanın qaldığı deyilir. Xilasetmə əməliyyatı zamanı 38 nəfər çıxarılıb. Milli Xilasedicilər dağıntılar altında qaldığı ehtimal edilən insanların axtarışını aparır.

Yaralılar yerli xəstəxanaya çatdırılıb.

Hindistan prezidenti və baş naziri hadisə ilə bağlı başsağlığı veriblər. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR