Hindistanda kimya zavodunda qaz sızmasından ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Hindistanda kimya zavodunda qaz sızmasından ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
# 07 may 2020 10:38 (UTC +04:00)

Hindistanda zavodda qaz sızması nəticəsində 9 nəfər ölüb.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, Hindistanın cənubunda Cənubi Koreyaya məxsus "LG Polymer" zavodunda baş verən qaz sızması nəticəsində ən azı 9 nəfər ölüb, yüzlərlə adam xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin bəzilərinin vəziyyəti ağır olduğu üçün ölüm sayının artacağı ehtimal olunur.

Polisin məlumatına görə, qaz mart ayından tətbiq olunan karantin nəticəsində baxımsız qalan 5000 tonluq çəndən sızıb.

Polis 300-400 nəfərin xəstəxanaya yerləşdirildiyini, 1500 nəfərin isə təxliyə olunduğunu bildirib. Təxliyə olunanların zavoda yaxın ərazidə yaşayanlar olduğu bildirilib.

Region xəstəxanalarının əlaqələndiricisi yerli mətbuata bildirib ki, ən azı 1000 adam müxtəlif xəstəxanalara göndərilib və zavoda yaxın kənddə yaşayan bir çox sakinin öz evində huşsuz vəziyyətdə olması barədə narahatlıq var.

***

09:36

Hindistanın Andhra Pradeş əyalətindəki kimya zavodunda qaz sızmasından ölənlərin sayı 8-ə çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə “Times of India” nəşri məlumat yayıb.

Ölənlərin arasında uşaqlar da var.

Nəşrin məlumatına görə, 5 min insan xəstəxanalara aparılıb. Qaz sızması müəssisədən 3 kilometr aralıya qədər yayılıb, bir çox insan huşunu itirərək yollarda yatıb, digərləri nəfəs almaqda çətinlik çəkiblər.

Hakimiyyət yerli əhalini evlərini tərk edərək təhlükəsiz ərazilərə getməyə çağırıb.

Hadisənin zəhərli stirol qazının sızmasından baş verdiyi bildirilir. Stirol – müxtəlif polimerlərin istehsalında əmələ gələn qazdır.

***

09:09

Hindistanın Andhra Pradeş əyalətindəki kimya zavodunda qaz sızmasından ən azı 5 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, yerli hakimiyyət bölgədəki insanlara evlərini tərk etməmələrini və küçədə hərəkət edərkən su ilə nəmlənmiş maskalardan istifadə etmələrini xahiş edib.

Yerli medianın məlumatına görə, 200-dən çox insan xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR