Hindistanda koronavirus səbəbindən qatarlardan palatalar kimi istifadə ediləcək

Hindistanda koronavirus səbəbindən qatarlardan palatalar kimi istifadə ediləcək
# 29 mart 2020 06:20 (UTC +04:00)

Hindistanda bəzi dəmiryol qatarlarından koronavirusa yoluxan xəstələrin müalicəsi üçün palata kimi istifadə ediləcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu barədə "Indian Times" qəzeti yazıb.

Qeyd edilib ki, yerli hökumət tərəfindən koronavirusun yayılmasının artacağı ehtimal edilərək ölkənin səhiyyə infrastrukturunu gücləndirilməsi üçün belə bir qərar qəbul eilib.

Baş nazir Narendra Modi 1,3 milyard əhalinin xəstəliyə yoluxmaması üçün üç həftə qapalı vəziyyətdə qalmağı, evdən çıxmamağı xahiş edib.

Hindistan Dəmir Yollarının məlumatında bildirilib ki, hər həftə 10 qatarın palataya çevrilməsi planlaşdırılıb: “Qatarlarda xəstələrin rahat sağalması üçün gigiyenik şərait yaradacaq”.

Xatırladaq ki, son məlumatlara görə, Hindistanda koronavirusdan 19 ölüm hadisəsi qeydə alınıb. Yoluxanların sayı isə 918 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR