Hindistanda koronavirusa qarşı həmrəylik əlaməti olaraq milyonlarla şam yandırılıb - FOTO

Hindistanda koronavirusa qarşı həmrəylik əlaməti olaraq milyonlarla şam yandırılıb - FOTO
# 06 aprel 2020 04:28 (UTC +04:00)

Hindistanın bütün şəhər və kəndlərində koronavirusla mübarizə çərçivəsində insanlar birliyik rəmzi olaraq 9 dəqiqə müddətində milyonlarla şam və lampa yandırıb.

APA TASS-a istinadən xəbər verir ki, axşam saat 21.00-da başladılan bu aksiya Hindistanın Baş naziri Narendra Modinin təşəbbüsü ilə həyata keçirilib.

Baş nazir ölkə vətəndaşlarına çağırış edərək evlərdəki işıqları söndürməyi, eyvanlara çıxaraq əllərində şam və lampalar tutaraq dayanmalarını xahiş edib. Baş nazir televiziya vasitəsilə xalqa müraciətində deyib ki, bu işıqlar 1,3 milyardlıq Hindistan xalqının ümumi gücünü nümayiş etdirir.

"Bu, koronavirusun gücünə qarşı mübarizədəki əzmkarlıq mesajınızdır", - deyə Baş nazir Modi “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Hindistanda qədim inanclara görə yandırılan şam və ya lampa qorxunu, şər qüvvələri uzaqlaşdırır.

Son məlumata görə, Hindistanda 3577 nəfər koronavirusa yoluxub, onlardan 83 nəfəri dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR