Hindistanda koronavirusa yoluxanların sayı 15 min nəfəri keçib

Hindistanda koronavirusa yoluxanların sayı 15 min nəfəri keçib
  • Clock-gray 09:48
  • calendar-gray 19 Aprel 2020

Hindistanda koronavirusa yoluxanların sayı 15 712 nəfər olub.

APA bildirir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı bir gündə 1,3 min artaraq 15 712 nəfər olub.

Qeyd edək ki, hazırda ölkədə koronavirusa yoluxan 12 974 nəfər müalicə alır, 2230 insan sağalıb, 507 nəfər ölüb.

apa-logo-mini

Digər xəbərlər