Hindistanda öldüyü zənn edilən qadın dəfnində dirilib

Hindistanda öldüyü zənn edilən qadın dəfnində dirilib
# 10 yanvar 2020 12:00 (UTC +04:00)

Hindistanda öldüyü zənn edilən qadın dəfn mərasimi zamanı dirilib.

APA-nın xəbərinə görə, bu barədə “The Hindu” saytı məlumat yayıb.

Hadisə Hindistanın Karnataka ştatında baş verib. Belə ki, Malatu Çauquli yüksək hərarətlə yerli xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra o, huşunu itirib və həkimlər xəstəyə ölüm diaqnozu qoyublar.

Bundan sonra xəstənin yaxınları onu evə aparıblar. Lakin M. Çauquli dəfn mərasimində qəflətən gözlərini açıb və ayağa qalxıb.

Sonradan həkimlər səhvlərini etiraf ediblər və qadının komaya düşdüyü məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR