Hindistanda xəstəxanadakı yanğın nəticəsində 6 nəfər ölüb

Hindistanda xəstəxanadakı yanğın nəticəsində 6 nəfər ölüb
  • Clock-gray 10:17
  • calendar-gray 26 Mart 2021

Hindistanın Mumbay şəhərində koronavirusa yoluxanlar üçün xəstəxanada baş verən yanğında ölənlərin sayı 6-ya yüksəlib.

APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Bundan əvvəl “The Times of India” iki ölüm barədə məlumat yaymışdı.

Ümumilikdə, xilasedicilər və yanğınsöndürənlər süni ağciyər ventilyasiya cihazlarına qoşulmuş 7 nəfər daxil olmaqla 76 xəstəni təxliyə ediblər. Xəstələrin hamısı başqa xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğın baş vermiş xəstəxana ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Alovlanma birinci mərtəbədə başlayıb. Yanğına mürəkkəbliyin üçüncü kateqoriyası təyin edilib. Yanğının səbəbi hələ müəyyən edilməyib, araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər