Hindistanda yol qəzasında 13 nəfər ölüb

Hindistanda yol qəzasında 13 nəfər ölüb
  • Clock-gray 09:41
  • calendar-gray 23 Mart 2021

Hindistanda 13 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün Andxra-Pradeş ştatında hərəkətdə olan avtobusla minik maşını toqquşub, nəticədə 13 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən 11 nəfəri qadındır.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti ağır qiymətləndirilir.

apa-logo-mini

Digər xəbərlər