Hindistanda yol qəzasında 9 nəfər ölüb

Hindistanda yol qəzasında 9 nəfər ölüb
# 11 mart 2021 10:45 (UTC +04:00)

Bu gün səhər saatlarında Hindistanda yol qəzası baş verib, ən azı 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “The Times of India” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yol qəzası Hindistanın şimalında Uttar-Pradeş ştatında, Aqra şəhərində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub.

9 nəfər yerində ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR