Hələb şəhərinin atəşə tutulması nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Hələb şəhərinin atəşə tutulması nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb
  • Clock-gray 01:24
  • calendar-gray 25 Yanvar 2020

 

“Gün ərzində qeyri-qanuni silahlı dəstələr tərəfindən Hələb şəhəri 48 dəfə atəşə tutulub. Nəticədə 11 nəfər ölüb, 30 nəfər yaralanıb”. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı münaqişə tərəflərinin barışıq mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov açıqlamasında deyib.

O bildirib ki, Hələbin qərbində yerləşən hökumət qüvvələrinin mövqelərinə yeni hücumlar edilib: “70-ə qədər yaraqlı 4 pikap tipli avtomobillərə quraşdırılmış ağır çaplı pulemyotla Binyamin bölgəsini aramsız atəşə tutub.  Cavab atəşindən sonar qarşı tərəf öz mövqelərinə çəkilməyə məcbur olub”. 

General əlavə edib ki, hücumlar zamanı qadın və uşaqlar da daxil olmaqla 8 mülki vətəndaş, 3 hərbçi öldürülüb, 20-dən çox insan yaralanıb: “Son bir gündə qanunsuz dəstə üzvləri tərəfindən İdlib və ətraf bölgələrə misli görünməmiş hücumlar edilib. Latakiya, Hələb, İdlib və Hama əyalətlərində aramsız hücumların sayı 115-ə çatıb”.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date