Hələbdə binanın atəşə tutulması nəticəsində 10 nəfər ölüb

Hələbdə binanın atəşə tutulması nəticəsində 10 nəfər ölüb
# 05 dekabr 2019 07:32 (UTC +04:00)

Suriyanın Hələb əyalətindəki Tell-Rifat şəhərində bir idman klubunun silahlı qruplaşmalar tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu müharibə edən tərəflərin Barışıq Mərkəzinin rusiyalı rəhbəri, general-mayor Yuri Borenkov deyib.

Onun sözlərinə görə, atəş Cibrin yaşayış məntəqəsinin cənub-şərqindən minaatanlardan açılıb. Ölənlər arasında səkkiz uşağın olduğu da deyilir. Daha 13 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR