Hələbin qərb məhəllələri raket atəşinə məruz qalıb

Hələbin qərb məhəllələri raket atəşinə məruz qalıb
# 20 yanvar 2020 06:47 (UTC +04:00)

Silahlı dəstələr Hələbin qərbin (Dəməşqdən 360 km) yerləşən Cdeyda bölgəsinə çoxsaylı raket sistemlərindən atəş açıblar.

APA “SANA” agentliyinə istinadən xəbər verir ki, mərmi partlayışları nəticəsində bir mülki şəxs ölüb, bir neçə nəfər də yaralanıb, onların sayı dəqiqləşdirilir.

Qonşu Camiyət əl-Zəhra məhəlləsi də atəşə məruz qalıb, oradan da yaralananların olduğu deyilir. Maddi ziyan görən Əş-Şami məscidinin yaxınlığına bir neçə mərmi düşüb.

Suriya artilleriyası da öz növbəsində atəşkəsi pozan silahlı dəstələrin mövqelərini atəşə tutub. Yaraqlılar şəhəri nəzarət altındakı cənub-qərb kənarlarından, xüsusən də Rəşidin mikrorayonundan atəşə tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR