Honqkonq polisi "Ekstradisiya haqqında" qanuna etiraz edən 50-dən çox nümayişçini saxlayıb

Honqkonq polisi "Ekstradisiya haqqında" qanuna etiraz edən 50-dən çox nümayişçini saxlayıb
# 28 iyun 2020 22:20 (UTC +04:00)

Bazar günü Honqkonq polisi Monqkokda keçirilən etiraz mitinqində 41 kişi və 12 qadın olmaqla 53 iştirakçını saxlayıb.

APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin rəsmi internet saytında açıqlamada bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, etirazçılar yolları bağlayaraq icazəsiz mitinqdə iştirak edib, asayişi pozublar. Xəbərdarlıqlara baxmayaraq Dandas küçəsində bir sıra etirazçı ərazini tərk etməkdən imtina edərək polisə müqavimət göstərib. Polis nümayişçilərə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazlara səbəb ölkədə "Ekstradisiya haqqında qanun" layihəsinin yenidən nəzərdən keçirilməsi olub. 2019-cu il iyunun əvvəlindən Honqkonqda sözügedən qanunla bağlı kütləvi etiraz aksiyaları keçirilmişdi. Etirazlardan sonra oktyabrın əvvəlində Honqkonq rəsmiləri güzəştə gedərək, nəzərdə tutulmuş dəyişikliklərdən imtina etmişdi. Lakin buna baxmayaraq etirazçılar daha çox tələblər irəli sürərək nümayişləri dayandırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR