Honqkonqda ev pişiyində koronavirus aşkarlanıb

Honqkonqda ev pişiyində koronavirus aşkarlanıb
  • Clock-gray 04:20
  • calendar-gray 04 Aprel 2020

 

Honqkonqda koronavirus testindən keçirilən ev pişiyinin nəticələri müsbət olub. 

APA “qazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

Martın 30-da sahibində koronavirus aşkarlandıqdan sonra ev heyvanı da karantinə alınıb. Nəticə etibarilə heyvanların insanlardan yeni virusa yoluxa bilməsi müəyyən edilib.

Pişikdə xəstəliyin heç bir xüsusi simptomun müşahidə edilmədiyi vurğulanıb.

Təşkilatdan bildirilib ki, koronavirusa yoluxmuş ev heyvanları da baytar həkimlərin nəzarəti altında 14 gün karantində saxlanılacaq.

 

Rəşad Sarıyev

Digər xəbərlər