Həsən Ruhani Yaponiyaya səfər edəcək

Həsən Ruhani Yaponiyaya səfər edəcək
# 17 dekabr 2019 12:59 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani dekabrın 20-21-də Yaponiyaya səfər edəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Nazilər Kabinetinin katibi Yoşihide Suqa bildirib.

“Ölkəmiz Yaxın Şərqdə gərginliyi azaltmaq üçün ABŞ, İran və digər region ölkələri ilə əməkdaşlıqda diplomatik səyləri qətiyyətlə dəstəkləməyə davam edəcək”, - deyə o vurğulayıb.

Yaponiyalı rəsmi deyib ki, Baş Nazir Sindzo Abe və İran Prezidenti Həsən Ruhani dekabrın 20-də görüşəcəklər.

Xatırladaq ki, bir neçə ay öncə S. Abe ABŞ və İran arasında gərginliyin azaldılmasında vasitəçi ola biləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR