Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”

Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”
  • Clock-gray 17:29
  • calendar-gray 19 Yanvar 2021

“Bizim mübarizəmiz terror təşkilatına qarşıdır. Aramızdakı əməkdaşlığı gücləndirməli və PKK terror təşkilatı qarşısında əzmlə durmalıyıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqda səfərdə olarkən deyib.

“Məqsədimiz birlik və bərabərlik şəraitində PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, H. Akar İraq Kürdüstanı bölgəsinin Baş naziri Məsrur Bərzani və Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə ayrı-ayrılıqda görüşüb.

 

apa-logo-mini

Digər xəbərlər