Hulusi Akar: “Yanvarın 1-dən indiyə kimi 1393 terrorçu zərərsizləşdirilib”

Hulusi Akar: “Yanvarın 1-dən indiyə kimi 1393 terrorçu zərərsizləşdirilib”
# 15 may 2020 15:59 (UTC +04:00)

“Türkiyə ordusunun hərbi əməliyyatlar apardığı bölgələrdə yeni növ koronavirusa (COVID-19) yoluxma halı qeydə alınmayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, yanvarın 1-dən etibarən indiyə kimi 1393 terrorçu zərərsizləşdirilib.

Nazir qeyd edib ki, xırda pozuntulara baxmayaraq, İdlibdə atəşkəs davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR