İƏT İcraiyyə Komitəsinin XİN başçıları səviyyəsində fövqəladə iclası keçirilib

İƏT İcraiyyə Komitəsinin XİN başçıları səviyyəsində fövqəladə iclası keçirilib
# 22 aprel 2020 16:13 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun təşəbbüsü ilə çağırılan fövqəladə iclas virtual formada baş tutub.

Fövqəladə iclasda çıxış edən İƏT-in Baş katibi Yusif Əl Osaymin bildirib ki, hazırda dünya ortaq bir düşmənə - COVID-19 pandmeiyasına qarşı mübarizə aparır.

"Bu çətin zamanda əsas diqqətimiz üzv ölkələrimizin bəzilərində olan münaqişə bölgələrinə və qaçqınlara yönəlib. Hər kəsi onlara dəstək olmağa və kömək etməyə çağırıram", - deyə Baş katib bildirib.

Yusif Əl Osaymin bildirib ki, hazırkı vəziyyətdə təşkilata üzv ölkələr qüvvələrini birləşdirməli, həmrəy olmalı, əməkdaşlığı artırmalı və COVID-19-a qarşı mübarizə aparmaq üçün öz aralarında koordinasiyanı gücləndirməlidirlər.

Komitənin iclasında Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Banqladeş və Qambiya Xarici İşlər nazirləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR