İndoneziya Ümumdünya Ticarət Təşkilatında Avropa İttifaqına qarşı iddia qaldırıb

İndoneziya Ümumdünya Ticarət Təşkilatında Avropa İttifaqına qarşı iddia qaldırıb
# 16 dekabr 2019 16:49 (UTC +04:00)

İndoneziya Ümumdünya Ticarət Təşkilatında Avropa İttifaqına (Aİ) qarşı iddia qaldırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, İndoneziya palma yağı əsaslı bioyanacaqla bağlı Aİ-nin tətbiq etdiyi məhdudiyyətləri əsassız adlandırıb.

Avropa İttifaqı bu il qənaətə gəlib ki, palma becərilməsi kütləvi meşəsizləşməyə səbəb olur və bu, bərpa olunan enerji resursu sayıla bilməz.

Dünyanın ən böyük palma yağı istehsalçısı sayılan İndoneziya isə Aİ-nin bərpa olunan enerji direktivinə etiraz edəcəyini bəyan edib.

İndoneziyanın Ticarət Nazirliyi yaydığı bəyanatda bildirib ki, iddianın ilkin mərhələsi olaraq dekabrın 9-da Aİ ilə məsləhətləşmələr üçün müraciət edilib. Məsləhətləşmələr 60 gün müddətinə davam edəcək, əgər həll yolu tapılmasa, Aİ məsələ ilə bağlı qərarın qəbulu üçün Ümumdünya Ticarət Təşkilatına panel yaradılması ilə bağlı müraciət edə bilər.

İndoneziyanın Ticarət naziri Aqus Suparmanto Ümumdünya Ticarət Təşkilatına müraciət etməzdən öncə elmi araşdırmaların aparıldığını, palma yağı sektorunda çalışanlar və iş adamları ilə məsləhətləşmələrin keçirildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR