İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapılıb

İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapılıb
# 09 yanvar 2021 21:40 (UTC +04:00)

İndoneziya Hərbi-Hava Qüvvələri qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdə axtarış-xilasetmə işlərinə kömək etmək üçün iki helikopter və bir təyyarə ayırıb.

APA xəbər verir ki, bu barədə “Antara” agentliyi HHQ-nin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, belə bir göstəriş ölkənin milli müdafiə qüvvələrinin rəhbəri tərəfindən verilib.

Məlumata görə, əməliyyatın icrasında zəif görünmə dairəsi ilə əlaqədar çətinlik yaşanır: “Əməkdaşlarımız hadisə yerindədirlər, təyyarənin bir neçə qalıqları tapılıb”.

Çətinliklərə baxmayaraq, axtarış işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR