İndoneziyada qəzaya uğrayan təyyarə həyəcan siqnalı verməyib

İndoneziyada qəzaya uğrayan təyyarə həyəcan siqnalı verməyib
# 10 yanvar 2021 07:23 (UTC +04:00)

Cakarta yaxınlığında qəzaya uğrayan İndoneziyanın “Sriwijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi həyəcan siqnalı verməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İndoneziya Axtarış-Xilasetmə İdarəsinin əməliyyat və hazırlıq şöbəsinin müdir müavini Bambanq Surio Aci “Antara” agentliyinə bildirib.

“Niyə siqnal ötürmədiyini müəyyənləşdirməliyik... Avstraliyada da siqnal alınmayıb. Buna görə də Axtarış-Xilasetmə İdarəsi müəyyən etməyə çalışır ki, qəza radiomayakı niyə siqnal ötürməyib”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, İndoneziyanın “Sriwijaya Air” hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Aviaşirkətin məlumatına görə, göyərtədə ümumilikdə 62 nəfər – sərnişinlər və heyət üzvləri olub. Avialaynerin düşdüyü yerdə onun qalıqları və bəzi hissələri tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR