İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb

İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb
# 10 yanvar 2021 14:19 (UTC +04:00)

Qəzaya uğrayan İndoneziyanınSriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” tipli sərnişin təyyarəsinin “qara qutu”su tapılıb.

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl xilasedicilər Yava dənizində 23 metr dərinlikdə təyyarənin qəzaya uğradığı məkanı aşkarlayıblar.

Qeyd edək ki, göyərtəsində 6 heyət üzvü və 56 sərnişin olan təyyarə dünən Cakarta aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radardan itirib, daha sonra Laki adası yaxınlığında dənizə düşüb. Təyyarə qəza barədə siqnal verməyib.

Qəzanın səbəbi hələ məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR