İndoneziyada torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb, 26 nəfər itkin düşüb

İndoneziyada torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb, 26 nəfər itkin düşüb
# 12 yanvar 2021 10:38 (UTC +04:00)

İndoneziyada torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı açıqlanıb.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, həftə sonu ölkənin Qərbi Yava əyalətində yerləşən Sumedanq rayonunun Cihanyuanq kəndində baş verən iki torpaq sürüşməsi nəticəsində itkin düşən 26 nəfərin axtarışları davam edir.

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində 13 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Qurbanların bəzilərinin xilasedicilər olduğu qeyd olunub. Onlar birinci torpaq sürüşməsi zamanı itkin düşənlərin axtarışı ilə məşğul olarkən ikinci torpaq sürüşməsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR