İndoneziyada zəlzələ qeydə alınıb

İndoneziyada zəlzələ qeydə alınıb
# 06 sentyabr 2020 07:16 (UTC +04:00)

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Ternate şəhərindən 132 km şimal-qərbdə, ocağı isə 26,6 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR