İran 20 faizlik uranı zənginləşdirmək üçün hazırlıq görür

İran 20 faizlik uranı zənginləşdirmək üçün hazırlıq görür
# 30 dekabr 2020 13:15 (UTC +04:00)

İran 20 faizlik uranı zənginləşdirmək üçün hazırlıq görür.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib.

O qeyd edib ki, artıq İranın Atom Enerji Təşkilatına 20 faizlik uranın zənginləşdirilməsi üçün göstəriş verilib: “Hazırlıq işləri tamamlanandan sonra bir il ərzində 120 kiloqram 20 faizlik uranın zənginləşdirilməsi həyata keçiriləcək. Qətiyyətlə deyirik ki, bir il ərzində bu miqdar uran zənginləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR