İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib

İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib
  • Clock-gray 07:42
  • calendar-gray 01 Mart 2021

İran Avropa Birliyinin təklif etdiyi nüvə sazişi ilə bağlı ABŞ-ın da iştirakı ilə mövcud şərtlərlə görüş keçirilməsini zəruri hesab etmir.

APA TASS-a istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“ABŞ-ın və “Avropa üçlüyü”nun (Fransa, Almaniya və Böyük Britaniya) son addımlarını nəzərə alaraq, İran nüvə sazişinin avropalı iştirakçıları tərəfindən təklif olunan qeyri-rəsmi görüşün keçirilməsini hazırda vacib hesab etmir”, - İran XİN tərəfindən yayılan açıqlamada qeyd olunub.

Diplomat əlavə edib ki, “bu günə qədər Vaşinqtonun yanaşmasında heç bir dəyişiklik olmayıb”: “Co Bayden hökuməti uğursuz maksimal təzyiq siyasətindən nəinki imtina etmədi, hətta BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (nüvə razılaşmasına dair qətnamə) yerinə yetirilməsinə dair öz öhdəliklərinə sadiq qaldıqlarını belə bəyan etmədi”, - S.Xətibzadə belə deyib.

Onun sözlərinə görə, “nüvə sazişi çərçivəsində bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqlar və ya güzəşt məsələsi deyil”: “Bütün güzəştlər beş il əvvəl verildi (söhbət nüvə anlaşmasının bağlandığı tarixdən gedir)”.

apa-logo-mini

Digər xəbərlər